İranla sərhəddə raketli hücum: çox sayda yaralı var - FOTO

İranla sərhəddə raketli hücum: çox sayda yaralı var - FOTO
12:03 2 Mart 2020
41 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ağrı şəhərinin Şərqi Bəyazid rayonunda Gurbulaq Gömrük Məntəqəsinə aid avtomobilə raketlə hücum olunub.

Publika.az xəbər verir ki, İran sərhədinə 3 km məsafədə baş verən hadisə nəticəsində 4-ü ağır olmaqla, 16 nəfər yaralanıb.

Daxili İşlər naziri Süleyman Soylu məsələ ilə bağlı verdiyi açıqlamada hücumu gerçəkləşdirən terrorçuların təqib olunduğunu, hazırda insidentin davam etdiyini bildirib.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadaları, yanğınsöndürən və axtarış-xilasetmə heyəti cəlb olunub.

Sərhəd məntəqəsinə gedən yol hadisə səbəbindən istifadəyə bağlanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/306594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR