Koronavirusa görə diz çöküb üzr istədi - FOTO

Koronavirusa görə diz çöküb üzr istədi - FOTO
20:42 2 Mart 2020
265 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən biri də Cənubi Koreyadır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, burada indiyədək 4200 yoluxma, 26 ölüm faktı qeydə alınıb. Ölkədə virusa yoluxan ən gənc xəstə 45 günlük körpədir.

Cənubi Koreyada koronavirusa yolxuma faktının 60%-i Daegu şəhərindəki Shincheonji dini təriqəti ilə bağlıdır. Belə ki, hazırda 2500 nəfərin yoluxduğu şəhərdə xristianlığa bağlı olan bu təriqətin 61 yaşlı kilsə işçisi ilk dəfə Covid-19-a tutulmuş və bununla da ölkədə xəstəlik yayılmışdı. Seul hökuməti bu səbəbdən təriqəti cinayətkarlıqda ittiham edir.

Shincheonji təriqətinin lideri Li Man-hi bu gün mətbuat konfransı keçirərək diz çöküb və bütün ölkədən göz yaşları içərisində üzr istəyib. Li Man-hi bütün vətəndaşlardan və hökumət rəsmilərindən bağışlanmasını istəyirb.

Qeyd edək ki, Shincheonji təriqəti hökumətlə birgə virusa qarşı mübarizə aparmağı rədd etmiş, bəzi məlumatları isə dövlətdən gizlətmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR