Hər kəsin diqqəti İdlibdə idi, amma... - Ərdoğanla Putinin SÜRPRİZ RAZILAŞMASI

Hər kəsin diqqəti İdlibdə idi, amma... - Ərdoğanla Putinin SÜRPRİZ RAZILAŞMASI
16:48 6 Mart 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

Moskva görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin İdlib məsələsi ilə yanaşı, Liviya mövzusunu da müzakirə edib.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Moskva səfərindən qayıdanda təyyarədə jurnalistlərin suallarını cavablandırkən deyib.

Ərdoğan bildirib ki, Putinə Liviyada Xəlifə Haftarın münaqişəni körüklədiyini deyib.

“Haftar heç bir razılaşmaya əməl etmir, həm də münaqişəni qızışdırır. Bunu ABŞ, Almaniya, İtaliya kimi ölkələr də deyirlər. Putinlə bu məsələəri müzakirə etdik. Xüsusilə “Vaqner” (Rusiyanın muzdlu ordusu) məsələsində hörmətli Putinin müvafiq addım atacağını düşünürəm. "Vaqner" məsələsində bəzi razılaşmalar əldə etdik. Bu, həyata keçərsə, bizim işimiz də asanlaşacaq. Beləliklə, Liviya məsələsinin də İdlib məsələsinə bənzər razılaşma ilə nəticələnəcəyi ikimizin də marağındadır”, - Ərdoğan bildirib.

Türkiyə mediası liderlərin Liviya ilə bağlı razılaşmasını sürpriz olaraq təqdim edib.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/307055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR