İtaliya İdman Nazirliyi futbol üzrə ölkə çempionatının dərhal dayandırılmasını tələb edib.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, buna ölkədə yayılan koronavirus epidemiyası səbəb olub.

Nazirliyin bəyanatı A seriyasının "Parma" - "Spal" oyunu ilə eyni vaxta təsadüf edib. Bakı vaxtı ilə saat 15:30-da başlamalı olan görüşün də startı dayandırılıb.

Futbolçular oyuna çıxdığı vaxt verilən qərar üzündən onlar yenidən soyunub-geyinmə otağına qayıdıblar.

Milli.Az