6 yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazandı

6 yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazandı
17:17 9 Mart 2020
186 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın Budapeşt şəhərində ənənəvi "Bahar kuboku-2020" bədii gimnastika üzrə beynəlxalq turniri keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Macarıstan, Rusiya, Avstriya, Xorvatiya, Almaniya, Slovakiya, Kipr, Ukrayna və Sloveniyanın iştirak etdiyi bu yarışmada Azərbaycanı təmsil edən idmançıların sırasında yarışın ən kiçik iştirakçı Dəniz Abbasovanın debütu diqqət çəkib.

2014-cü il təvəllüdlü gimnastlar arasında 3-cü yerə layiq görülən azyaşlı təmsilçimiz bu yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı və milli ornamentlərlə zəngin idman geyimində qatılıb.

Balaca həmyerlilərimiz - Mina və Dəniz Abbasovalar, əkiz bacılar - Əsmər və Sofiya Seyidovalar ümumilikdə turnirdə 5 medal - (3 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/832279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR