Bu dəfə uşaqlar yox, Leyla oxudu - VİDEO

Bu dəfə uşaqlar yox, Leyla oxudu - VİDEO
19:05 10 Mart 2020
180 Şou
Ölkə mətbuatı
A- A+

İctimai Televiziyada yayımlanan "Səs Uşaqlar" müsabiqəsinin sonuncu buraxılışı maraqlı anlarla yadda qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə "Görmədən seçimlər" mərhələsində aparıcı Leyla Quliyeva çıxış edib.

O, sözləri Məstan Günərə, musiqisi Polad Bülbüloğluna aid olan "Durnalar" mahnısını ifa edib. Bundan xəbərsiz olan üç münsif də (Xalq artisti Zülfiyyə Xanbabayeva, Murad Arif və Çingiz Mustafayev) Leylanın çıxışını bəyənərək geri çevrilib.

L. Quliyeva isə Z. Xanbabayevanın komandasına daxil olmaq istədiyini bildirib.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/832391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR