Latın Amerikasında yoluxma halları çoxalır: Bu ölkədə ilk ölüm gerçəkləşdi

Cənubi Amerika ölkəsi Boliviyada koronavirusa ilk yoluxma halı aşkarlanıb. Ölkənin Səhiyyə naziri Anibal Kruz daha öncə İtaliyada olmuş 2 nəfərdə Covid-19 virusunun təcbit edildiyini açıqlayıb. Ölkənin Oruro və Santa-Kruz əyalətrindən olan 60, 64 yaşlı 2 qadın karantinə alınıb.

Metbuat.az xəbər verir ki, ümumiyyətlə Latın Amerikasında Argentinada 19, Çilidə 17, Ekvadorda 17, Braziliyada 25, Meksikada 7, Peruda 11, Kolumbiyada 3, Kosta-Rikada 13, Dominikan Respublikasında və Paraqvayda 5, Panamada 8 koronavirusa yoluxma halı aşkarlanıb.

Panamada isə virusdan ilk ölüm gerçəkləşib. Ölkənin Səhiyyə naziri Rosario Tarner diabet xəstəliyi olan bir nəfərin virusdan öldüyünü açıqlayıb.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR