Dünya müsəlmanları Məhəmməd Peyğəmbərin karikaturalarının dərc olunmasına etiraz edirlər

Dünya müsəlmanları Məhəmməd Peyğəmbərin karikaturalarının dərc olunmasına etiraz edirlər
17:03 17 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Afrika, Asiya və Yaxın Şərqin bir çox ölkəsində etiraz aksiyaları keçirilir. Küçələrə çıxan insanlar Qərb mətbuatında Məhəmməd Peyğəmbərin karikaturalarının dərc edilməsindən hiddətləndiklərini bildirirlər.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, aksiyaların heç də hamısı dinc şəraitdə keçməyib. Belə ki, Əlcəzairin paytaxtında 3 min nümayişçi parlament binasına soxulmağa cəhd edib. Polis dəyənək və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb.
Pakistan polisi isə nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb. İğtişaşlar zamanı France-Presse informasiya agentliyinin fotomüxbiri yaralanıb.
Analoji aksiyalar, həmçinin İordaniya, Türkiyə, İran və Mavritaniyada da keçirilib. Nigerdə xüsusi təyinatlı polis dəstəsi ilə toqquşmalarda 4 nəfər həlak olub, 45 nəfər yaralanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR