Qvatemalada COVİD-19 koronavirusuna ilk yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə mətbuat konfransı zamanı ölkə prezidenti Alexandro Camattei bildirib.

Onun sözlərinə görə, yoluxan şəxs yaxın zamanda İtaliyadan qayıdıb, o hava limanından birbaşa xəstəxanaya aparılıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.

Milli.Az