Səhər verilişində biabırçılıq - Qonaqlar efirə lüt gəldi - FOTO

Səhər verilişində biabırçılıq - Qonaqlar efirə lüt gəldi - FOTO
10:57 14 Mart 2020
218 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyanın ITV kanalında yayımlanan "This morning" ( Bu səhər ) verilişində qalmaqallı anlar yaşanıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, verilişin bugünkü müzakirə mövzusu nudistlər olub. Bu səbəbdən də efirə İngiltərənin iki tanınmış nudisti dəvət edilib.

Tanınmış naturalistlər Pam Fraser Mark Bass çılpaq halda verilişə qatılıblar. Onlar divanda oturarkən əlləri ilə intim yerlərini örtüblər. Pam Fraser adlı qadın sinəsini saçları ilə örtüb.

Naturalistlər daima təhqir olunduqlarını verilişdə etiraf ediblər. Verilişin aparıcıları nudistlərin intim yerləri açılmasın deyə veriliş boyunca onları diqqətdə saxlayıblar.

Qonaqların verilişdə lüt oturması və bu kadrların efirə verilməsi birmənalı qarşılanmayıb. İzləyicilər sosial şəbəkələrə axışaraq verilişlə bağlı tənqidi fikir bildiriblər.

Qeyd edək ki, insanların çılpaq formada hərəkət etməsi nudizm və ya naturizm, həmin insanlar isə nudistlər adlanır.

İsmayıl
Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR