AMEA Ədəbiyyat İnstitutunda 20 Yanvar hadisələrinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

17:17 17 Yanvar 2015
113 Digər
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 17:10 ]


Bakı - APA. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar hadisələrinin 25-ci ildönümünə və şəhidlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

 

İnstitutdan APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli xalqımızın müstəqillik mücadiləsi haqqında danışıb.

 

Akademik 20 Yanvar gününün xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək, 25 il əvvəl baş vermiş hadisələri tarixi gerçəklik və zaman nöqteyi-nəzərindən ətraflı şərh edib.

 

Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “Ədəbiyyatda şəhidlik mövzusu və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və başqaları çıxış edərək, 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi kimi səciyyələndirərək ədəbiyyatda milli azadlıq, şəhidlik mövzusu və müasirlik məsələləri ətrafında fikir və mülahizələrini bildiriblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR