SSRİ-nin ən sirli, tərcümeyi-halı qaranlıq olan Baş katibi

SSRİ-nin ən sirli, tərcümeyi-halı qaranlıq olan Baş katibi
20:22 15 Mart 2020
149 Maraqlı
Ölkə mətbuatı
A- A+

SSRİ-nin uzunmüddətli rəhbəri Leonid İliç Breynevin ölümündən sonra Yuri Andropovun hakimiyyəti gəlişindən sonra insanlarda bir ümid çırağı yanmağa başladı ki, nəhayət "zastoy" (durğunluq) dövrünə son veriləcək və hər şey yaxşıya doğru gedəcək. Ancaq insanların bu ümidi çox çəkmədi. Çünki hakimiyyətə gələn Yuri Andropovun hakimiyyəti çox qısa oldu. Milli.Az bildirir ki, o cəmi 1 il 3 ay hakimiyyətdə oldu. Faktiki olaraq isə hakimiyyətdə 9 ay oldu. Xəstəliyi ona ömrünün sonunacan hakimiyyəti idarə etməyə imkan vermədi.

Buna baxmayaraq Andropov sovet insanının yaddaşında özünəməxsus xarakteri ilə yadda qaldı. İnsanlar onun hakimiyyətə gəlişindən sonra SSRİ-də  genişmiqyaslı islahatların başlanacağına ümid edirdilər. Bunu şərtləndirən ciddi əsaslar da var idi.  Andropov hakimiyyəti dövrü sovet insanında "suxoy zakon" (sərt qanunlar) dövrü kimi də yadda qalıb. Belə ki,  onun hakimiyyəti dövründə  insanların iş vaxtı küçələrdə gəzməsi, belə demək mümkünsə avaralanmasına  qadağa qoyuldu. İnsanların işdən yayınması ciddiləşdi. Kimsə  bir məntəqədən başqa yaşayış məntəqəsinə və ya şəhərə gedərkən hətta səfərin səsəbi barədə arayış tələb olunurdu. Əgər kimsə də belə bir arayış olmasaydı milis (polis-red) tərəfindən inzibati tənbehə cəlb olunurdu.Yəni  Andorpov insanlara küçələrdə sərbət dolaşmağın qarşısını almağa çalışdı. Andropov insanların iş vaxtı küçələrdə  gəzməsini nizam-intizamın aşağı olması kimi dəyərləndirirdi və bunun da çalışan insanlara pis təsitr etdiyini düşünürdü. Digər tərəfdən yetərincə iş yerlərinin olmasına baxmayaraq insanların işsiz qalmasını ölkə iqtisadiyyatına ağır yük hesab edirdi.

Andropov alkoqollu içkilərin də iş vaxtı işilməsinin qəti əleyhinə idi. Ona görə də ilk əsas işi ölkədə ciddi nizam-intizam yaratmaq üçün  insanların iş vaxtı küçədə dolaşmasının, ikinci isə alkoqollu içkilərin iş vaxtı satışına qadağa qoyması oldu. Və Andropovun bu hədəkəti "suxoy zakon" kimi yaddaşlarda qaldı. Hətta iri şəhərlərdə  belə gündüz vaxtı  müşahidə edilən qələbəlik qısa müddət olsa da yoxa çıxdı.  Gəzənlər də ehtiyatla gəzərdi... Çünki istənilən an milis ona yaxınlaşıb, iş vaxtı şəhrdə nə etməsini təlbə edə bilərdi. Əgər hər hansı üzürlü səbəb olmasaydı, onu hansı cəzaların gözlədiyini yaxşı bilirdi. Lakin ömür Andropova  nəzərdə tutduğu  planları yerinə yetirməyə  imkan vermədi. 

Bununla belə Andropov o zaman SSRİ Siyasi Büro üzvləri arasında intellektual səviyyəsinə görə ən yükəsk şəxslərdən biri idi. O  mütaliəni çox sevərdi.

SSRİ-nin tarixə düşən ən sirli lideri - Andropov

Andropov ona görə, ən sirli lider hesab olunur ki, günü bu gün də onun  qarışıq, qaranlıq tərcümeyi-halı ictimaiyyətə tam bəlli deyil. Odur ki, Andropov SSRİ  Baş katibləri arasında ən sirli rəhbər kimi yadda qaldı. Onun həm həyatı, həm də hakimiyyəti insanlar üçün sirli olaraq qaldı.

Varlı yəhudi zərgərin nəvəsi Yuri Andropov

Andropov 1914-cü ildə fəhlə dəmiryolçu ailəsində dünyaya gəlib. Atası Vladimir Andropov, anası isə yəhudi Yevgeniya Karlovna Flekenşteyn olub. Anası Yevgeniya  Qadın gimnaziyasında musiqi müəlliməsi olub.

Lakin Yuriy Andropov öz tərcümeyi-halında yazır ki, anası Yevgeniya bir imkanl yəhudi ailəs tərəfindən övladlığa götürüldüyündən, onların siyadını götürməli olub.  Andropov tərcümeyi-halında onu da yazır ki, atasının ölümündən sonra anası Yevgeniya ilə birgə Mozdok şəhərinə gəlirlər. Anası o zaman yəhudi qırğınlarından qorunmaq məqsədi ilə ərə gedərək soyadını dəyişir.

Məşhur moskvalı zərgər qızı Yevgeniya

Yevgeniya Karlovanın  imkanlı moskvalı yəhudi milliyətindən olan bir zərgərin qızı olub və bu barədə də  yetərincə sənədlər var. Yevgeniya Karlovanın atası  Karl Françeviç Flekenşteyn Miskvada tanınmış zərgər olub. Yuriy Vladimiroviçin anası yenidən  başqasına ərə getməli olur. 

Bütün bunlara baxmayaraq, istənilən halda  Yuriy Andropovun əsl soyadı elə Andropovdur. Andropov soyadı o dünyay gələndə doğum haqqında şəhadətnaməyə yazılıb.

Yuriy Andropov Şimali Osetiyanın Mozdok şəhərindəki dəmiryolçular fabrikinin tərkibindəki məktəbdə oxuyur. Məktəbi bitirdikdən sonra  Rıbinskiy Çay Texnikumunu və Mərkəzi Komitə nəzdindəki Ali partiya məktəbini qiyabi oxuyur.

Vəzifə karyerası

Moskvaya köçən Yuriy Andropov Universitetdə təhsilini yarımçıq qoymalı olur. KQB-nin gələcək rəhbəri  əmək fəaliyyətinə teleqrraf, kinomexanik köməkçisi, daha sonra ilk komsomol təşkilatının rəhbəri kimi fəaliyyətə başlayır.

Andropov çox qısa zamanda vəzifə pillələrində sürtlə yüksəlməyə başlayır. O iki il ərzində Yaroslavl Vilayət Komitəsinin  Birinci katibi vəzifəsindədək qalxır. 1950-ci illərin əvvəllərində Mərkəzi Komitədə inspektor kimi çalışır. Qısa zamandan sonra isə Macarstanın səfir göndərilir. Məhz Andropovun fəaliyyəti nəticəsində 1956-cı İldə Macarstanda  SSRİ-yə qarşı baş qaldırılan qiyam zamanında yatırılır.  Belə ki, Andropov Moskvaya təcili teleqram vuraraq sovet qoşunlarını Budapeştə yeridilməsini tələb edir. Qısa zamanda Budapeştə qoşun yeridilməsi nəticəsində Macarsıtanın sovet düşərgəsində çıxmasının qarşısı alınır.

"İslahatçı", yeni Stalin və ya Den Siyaopin - Andropov

Çünki Brejnevdən sonra onu  SSRİ-yə  Baş katib seçəndə  çoxları Andropo yeni Stalin, digər qismi isə islahatçı Den Syaopin adlandırırdı. Ancaq o nə Stalin, nə də Siyaopin deyildi. Hətta bəziləri onu liberal hesab edir. Ona görə ki, Andropovun şeir yazmağı da vardı. O  cazı sevərdi, işə intellektual səviyyəsi yüksək olanları və gəncləri cəlb edərdi. Lakin bu onun konservativ başıxına mane olmazdı. O daha çox əylaətlərdən özünə köməkçilər seçərdi.

Ailə üzvlərinin şəxsiyyətini, hətta birinci evliliyini gizlədən Andropov 

Andropov öz tərcümeyi-halını, valideynləri, ailəsi haqqında məlumatları gizlətməsi onun karyerda sürətlə irəli getməsinə maneçelik yaratmırdı.  Andropov uzun müddət  valideynləri haqqında bilgiləri gizlədib, hətta o, ilk nigahını da gizlətməyi bacarıb. Birinci ailəsi ilə əalqəsi olmayıb. Belə ki, nigahdankənar oğlunun onun karyerasına  böyük zərbə vuracağını düşünürmüş. Ona görə ki, həmin oğlu axmaq dəstəyə qoşularaq əyyaşlıq edərdi, hətta  bir neçə dəfə həbsdə olmuşdu. O dövrdə SSRİ-də belə hallara pis baxılsa da, Andropov karyerasına uğurla irəliyə gedirdi. 

Yuriy ikinci həyat yoldaşı Tatyana Lebedevlə Petrozavodskda tanış olur. Bu evlilikdən iki övlad, İqor və İrina dünyaya gəlir. İqor diplomat olur. Qızı İrina isə  akyor Mixail Filipovun birinci arvadı olub.

Andropovun arvadı Tatyana 1956-cı iləd Budapeştdə baş verən qiyamdan qorxduğundan, ictimai, qələbəlik yerlərdə görünməkdən qorxarmış. Odur ki, Tatyana daha çox qapalı şəraitdə yaşayıb.

KQB-nin qapalı kluba çevirən Andropov

Məhz buna görə də Andropov 1967-ci ildə SSRİ KQB-nə  (Dövlət Təhlükəsizlik Komitəsinə) rəhbərlik etməli olub. O nəinki KQB-yə rəhbər oldu, eyni zamanda rəhbərlik etdiyi quurmu ölkənin ən güclü təşkilatı səviyyəsinə qaldırdı. Hətta Stalin dövründəkindən güclü bir təşkilata...  KQB Stalin dövründə güclü olsa da, elitar təşkilat hesab edilmirdi. Bundan əlavə olaraq  əməkdaşlarının sayı da az idi. Andropov quruma rəhbərliyi dövründə, KQB-nin  iştirakı olmadan SSRİ-də hər hansı ciddi və vacib qərar qəbul edilə bilməzdi.
Məhz Andropov dövründə KQB qapalı bir kluba çevrildi və ora üşmək elə də asan olmadı. Ora düşmək üçün  çox ciddi tələblər lazım olurdu.  Ancaq ora düşənlər yüksək maaş almaqla yanaşı, böyük güzəştlərə malik idilər. Andropov öz işçiləri üçün bunu bacara bilmişdi.

Məhz Andropovun dövründə KQB-nin "Alfa" və "Vımpel" xüsusi təyinatlı dəsətləri yaradılır. Onun KQB rəhbəri kimi mənfi işi Əfqanstan müharibəsində müdafiə naziri Dimtiriy Ustunovla, KQB sədrinin üzərinə qoyulması hesab edilir.

68 yaşlı Baş katib

İşvaxtı küçədə gəzmək,  iş vaxtı teatr, kino, spirtli içki  qadağası...
Yuri Andropov 1982-ci ilin noyabrında Brejnev dünyasını dəyişdikdən sorna 68 yaşında Baş katib seçilib.

Brejnevin hakimiyyətinin son illərə "durğunluq dövrü" hesab edildiyindən insanlarda işə bir az biganəlik yaranmışdı, nizam-intizam zəifləmişdi.  Odur ki,  hakimiyyətə gələn Andropov ölkədə ciddi nizam-intizam yaratmaq,boşalmış "vintləri bərkitmək"  məqsədi ilə bir sıra ciddi addımlar atmağa məcbur oldu.

Yuxarıda söylədiyimiz kimi 1982-ci ilin dekabrından etibarən iş vaxtı küçədə insan istəyidiy vaxt sərbəst gəzə, teatra, kinoya, restorana, bərbərə, maqazinə, hamama və sair yerlərə gedə bilməzdi...  

Andropovun bu qərarı xalq tərəfindən elə də müsbət qarşılanmadı.Narazıçılıq yarandı. Bu narazılığı azaltmaq məqsədi ilə "vodka"nın qiyməti  10 faiz haradasa 50 qəpik aşağı salındı. Bu isə o dövrdə çox böyük qiymət endiirlməsi hesab olunurdu. Çünki Brejnevin hakimiyyətin son illərdində qiymətlərdə davamlı olaraq artım müşahidə olunurdu. Araqların qiyməti endirilməsinə baxmayaraq, dükanlara gətirilən araqlar  piştaxtalardan qısa zaman ərzində qurtarırdı. Bu sovet insanının yaddaşında "andropovka" kimi həkk olundu.

Yuxarıda qeyd etdiyimiz kimi sovet insanları Andropova onun intellektual səviyyəsinə görə çox böyük hörmtə edirdilər. O şəxsiyyətəpərəstişi, "özünəvurğunluğu"  sevmirdi. Andropov barəsində  yetərincə ciddi siyasətçi obrazı formalaşdırmışdı.

Sirli lider

Eynəkli, saçları ağarmış, beli əyilmiş kişi insana ilk baxışda daha çox professoru xatrıladırdı. O çıxışları da  daha çox müəllim tonu ilə edərdi. Fəaliyyətində daha çox iqtisadi islahatların həyata keçirilməsinə, maşınqayırma sahəsinin inkişafı istiqamətindəki yaradıcı gənc kadrlara üstünlük verirdi.

Dostlarının zarafatı

Andropovun kolleqaları onun haqqında zarafatla bu ifadələri işlədərdilər.  O ümumiyyətlə istirahət etməyi bacarmır. Səhər saat 9:00-da işə gələr, axşam 21:30-da  "Vremya" (o zaman Rusiya kanallarında gedən xəbər proqramı idi-red) proqramından sonra işdən gedərdi. Andropov hətta bazar günləri də  işə çıxardı. Baş katibin  iş yerində istirahət otağı olsa da, Andropov burada istirahətdən maksimum qaçardı. O 20-30 dəqiqə yumşaq kresloda  oturmaqla yorğunluğunu alarmış. Teatrlara, konsertlərə  ancaq iş üçün gedərdi. Çox oxuyardı. Həftə ərzində ona  Lenin və Tarix kitabxanasından ən müxtəli mövzulara həsr olunmuş   onlarla kitablar gətirilərdi. O bədii əsərdlərdən tutmuş xüsusitəyinatlı kitabları gətirmək üçün sifariş verərmiş.

Onun ciddiliyi asketizmlə məhdudlaşardı. Andropov bir paltarı uzun müddət geyərmi. Ona yeni paltar almaq üçün uzun çək-çevirdən sonra razı salmaq mümkün olarmış. 

Hətta  harasa gedərkən yol polsinin   yolların bağlanmasını elə də sevməzmiş və buna qəzəblənərmiş. Blə demək mümkünsə Andropov Brejnevin tam əksi idi.  O hər hansı bayramı, banketi, ad günləri keçirməyi sevməzdi. Ad günlərində adətən iş yoldaşları, dostları  gəlib təbrik edərlərmiş.

Övladlarına qarşı da tələbkarlıq

Övladlarına dəbdəbəli həyat tərzi yaşamasına imkan vermədi.

Andropov oğlu İqor və qızı İrinanı da dəbdəbəli həyat tərzi sürməsinə qarşı çıxar və buna imkan verməzdi. Hətta öz əməkdşalarına tapşırıq veribmiş ki, övladlarının onlara hər zəngi və xahişi barədə məlumat versinlər. İşçilərinə oğluna sürmək üçün maşın verməyi, həmçinin ezamiyyətdən qayıdarkən onu qarşılamağı qadağan edib. Bir dəfə qızı teatra bilet  tapmağı atasından xahiş edir, lakin o bundan imtian edib. Nəticədə Andropov qızaına pulla bilet tapmağa yardımçı olur. Kiminsə ona pulsuz bilet gətirməsinə imkan vermir.
Bahalı hədiyyələri ləl-cəvahirat fonduna hədidyyə edən Baş katib

Əgər kimsə Andropova konyak, şərab, meyvə. Qab-qacaq hədiyyə edərdisə-onları xüsusi bufetə göndərərmiş. Qiymətli hədiyyələri isə "Qoxrana"a (ləl-cəvahirat fonduna-red) verərmiş,  digər hədiyəyləri isə rəflərə düzərmiş.

Əfqanıstandan Nur Mühəmməd Tarakinin  Andropova çox gözəl və bahalı xalça göndərsə də, onu evinə və yaxud qızına deyil Qoxrana göndərir. Halbuki Andropovun qızı təzə mənzil alıbmış. Kimsə işçilərdən xlaçanı qızına hədiyyə verməyi təklif edir, ancaq o, bu təklifi rədd edir: "Bu hədiyyə dövələt xadimindən dövlət xadiminədir, onun qızı üçün yox! Qoxrana göndərin!"-Andropov əsəbi halda deyir.

Yeməyi və yaşamı...

Andropov yemək məsələsində də qənatəcil idi. Böyrək xəstəliyindən əziyyət çəkdiyindən həkimlər ona daimi duzsuz pəhriz məsələhət görərdi. Ancaq bəzən həkimlərdən gizli olaraq köməkçilərindən ona  siyanək balığını gətirməyi xahiş edərmiş. O əsasən qarağat soku və turş alma xoşlayarmış. İsti ölkələrdən ezamiyətdən qayıdan dostları oan  bir neçı qutu meyvə gətirərmiş.

Yataq otağı və samovar

Andropovun mənzili  sadə olsa da, digər sadə sovet vətəndaşınınkından ciddi surətdə fərqlənib.Ən əsası da mənzil  çox geniş olub.Mənzilin girişi çox gözəl olub və bunu ancaq arzulamaq olar. Baş katibin mənzilinin girişində divan və iki ədə kreslo, jurnal stolu olub. Andropovun ailəsinə qonaq gedən adamlar deyir ki, evi bir tacirin mənzilini xatırladarmış. Qonaq otağında  parıltılı masa, çox sadə servant, gözəl kamod və lampa olub.  İş otağı da çox sadə olub. Divar boyu kitab rəfi və yazı masasından başqa heç nə  olmayıb. Yataq otağı da çox sadə olub. Kamod, yataq, termo, iki kreslo, masa və samovar olub. Onu da qeyd edək ki, Andropov  ailəsi elə də çox bir yerdə yaşamağı yox- bağ evində istirahəti xoşlarmış.

Digər sovet lidelərindən fərqlənən Andropov

Andropov  digər sovet  liderlərindən  çox fərqlənərmiş. O nə  siqaret çəkib, nə spirtli içki içib, sağlam həyat tərzi sürüb. Xizəklə sürüşməyi sevərmiş. İsətr evində, istərsə də iş otağında gir və ştanq olub.  Andropov eyni zamanda Siyasi Büronun digər yaşlılarından intellektual səviyyəsinə görə çox üstün olub. İti ağlı olsa da, səhhəti ona siyasətdə  ciddi maneçilik yaradırdı.  Andropov  həyatı boyu böyrəyindəki problemdən əziyyət çəkib. 

Andropovun Siyasi Büronun keçirdiyi sonuncu iclası...

Andropovun sədrliyi ilə sonuncu Siyasi Büronun iclası 1 sentyabr 1983-cü ildə keçirilib və həmin iclasdan sonra Krıma yollanıb. Baş katib Krım dağlarında  kitab oxuyub, təmiz dağa havası alırıdı. Lakin onun istirahəti çox çəkmədi. Gəzintiləri zamanı oturacqda əyləşən  zaman özündə soyuqdan kəskin ağrılar hiss edir. Ona isti paltar gətirsələr də, qızınmaq mümkün olmur. Bu ağrıdan sonra Andropov ümumiyyətlə yataqdan qalxmadı.

Andropovu təcili olaraq  Moskvaya gətirərək, xəstəxanaya  yerləşdirdilər. Baxmayaraq ki, Amdropova  dövrünüən ən tanınmış 20 akademik və professoru müalicə etsə də, siyasi liderin səhhəti gözləri qarşısında  günbəgün pisləşirdi.  Onu Krımda soyuqda oturaraq xəsətələnməsinə  görə KQB-nin 9-cu idarəsinin mühafizəçilərini  tənbeh edirdilər. Bununla da Andropov  yataqdan qalxmadı və 1984-cü ilin fevralın 9-da ürəyi dayandı. 

Ölümündən 30 dəqiqə sonra seçilən yeni Baş katibin də ömrü heş bir il çəkmədi...

Andropovun ölülümndən  cəmi bir saat sonra SSRİ KPMK-nin Siyasi Bürosuna  rəhbərliyi Konstantin Çernenko etdi. O SSRİ-nin Baş katibi seçildi.  Lakin onun da hakimiyyəti bir il çəkmədi.  (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/830969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR