Daha 4 ölkədən koronavirusla bağlı KRİTİK ADDIM: 15 gün ərzində...

Daha 4 ölkədən koronavirusla bağlı KRİTİK ADDIM: 15 gün ərzində...
10:08 16 Mart 2020
89 Dünya
Ölkə mətbuatı
A- A+

Daha 3 ölkədə koronavirus pandemiyasına görə fövqəladə vəziyyət elan olunub.

Publika.az xəbər verir ki, Serbiya, Çexiya, Livan və Peru hökuməti bu barədə qərar qəbul edib.

Çexiyanın Baş naziri Andrey Babis qərarın 24 marta qədər qüvvədə olacağını bildirib. Karantin çərçivəsində ölkədə yaşayanlar evlərini sadəcə işə və həkimə getmək, dərman, qida, təmizlik məhsulları almaq üçün tərk edəcək.

Çexiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 2-si ağır olmaqla 239 nəfər virusdan əziyyət çəkir.

Livanın Baş naziri Diyab isə ölkədə fövqəladə vəziyyətin 29 marta qədər olacağını elan edib. Qərar çərçivəsində ölkədə Birləşmiş Millətlər Təşkilatının güc strukturları, diplomatik nümayəndəliklər və karqo səfərləri xaric olmaqla, quru, hava və dəniz limanlarının 18-29 mart tarixləri arasında qapalı olacağı bildirilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə Kovid-19 xəstəsinin sayı 99-dur. 3 nəfər dünyasını dəyişib.

Perunun dövlət başçısı Martin Vizkarra fövqəladə vəziyyətin 15 gün tətbiq olunacağını deyib. Bu müddət ərzində xalqa qida və dərman paylanacaq. Polis və Silahlı Qüvvələr asayişin qorunması üçün lazımi tədbirləri görəcək.

Ölkədə hava, quru və dəniz limanları bağlanıb. Karqo və ticarət daşınmaları isə davam edir.

32 milyon əhalisi olan Peruda 71 nəfər Kovid-19-dan əziyyət çəkir.

Qeyd edək ki, Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində bu gündən xüsusi rejim tətbiq olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/307894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR