Rusiyanın Liviya planı üzə çıxdı - Moskva Qəddafi rejimini bərpa etmək istəyib

Rusiyanın Liviya planı üzə çıxdı - Moskva Qəddafi rejimini bərpa etmək istəyib
09:23 21 Mart 2020
124 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya gizli şəkildə Liviyanın devrilmiş lideri Muəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafiyə dəstək verərək, onu ölkə rəhbərliyinə gətirmək üçün addımlar atıb.

Publika.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, iddia edilir ki, Moskva bu məqsədlə Liviyaya iki cəsus göndərib. Onlar siyasi nümayəndə adı altında Liviyada nüfuzu olan Seyfülislam Qəddafiylə görüşərək, atılacaq addımları müzakirə ediblər. Məlumata görə, Rusiya Qəddafi rejimini yenidən hakimiyyətə gətirməklə Şimali Afrikanın neft ilə zəngin ölkələrindən Liviya üzərində nüfuzunu artırmaq istəyib.

Lakin sonradan Moskvanın planı üzə çıxıb və rusiyalı cəsuslar həbs edilib. Cəsusların Tripolidəki həbsxanada saxlanıldığı iddia edilir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/stringer/308399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR