Xorvatiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Zaqrebdən 7 km şimalda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

Milli.Az