Koronavirus böhranından istifadə edib milyonçu oldu - Həkimdən İNANILMAZ ADDIM

Koronavirus böhranından istifadə edib milyonçu oldu - Həkimdən İNANILMAZ ADDIM
08:18 24 Mart 2020
156 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada Mark Ali adlı həkim koronavirus testlərini varlı insanlara dəyərindən dəfələrlə baha qiymətə sataraq külli miqdarda gəlir əldə edib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, təqribən 7 minə yaxın preparat satan həkim 3 milyon avro əldə edib. Lakin Səhiyyə Nazirliyi həkimin addımını sərt tənqid edib. Bildirilib ki, həkimin satdığı test preparatlarının təsirləri səhiyyə təşkilatı tərəfindən təsdiq olunmayıb. Buna görə də, preparatdan istifadə təhlükəlidir.

Məlumata görə, həmin test preparatları İrlandiyada istehsal olub. Həkim onları öz şəxsi xəstəxanasında satıb. Satılan preparatların miqdarından xəbərsiz olduğunu deyən Mark Ali isə əhaliyə “xidmət” etmək üçün belə atdığını bildirib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/308626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR