Kişi evə insan əti gətirib, arvadından yemək bişirməyi tələb etdi

Kişi evə insan əti gətirib, arvadından yemək bişirməyi tələb etdi
09:52 24 Mart 2020
190 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Uttar-Pradeş ştatında yaşayan qadın dəhşətli mənzərənin şahidi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun Sancay adlı 32 yaşlı əri evə gəldiyində masanın üstünə insan əli ataraq qadına bu "ətdən" yemək hazırlamağı əmr edib.

Bunu görən qadın dəhşətdən huşunu itirib. Bir müddət sonra ayılan qadın daha iyrənc bir mənzərə ilə qarşılaşıb.

Qadının huşsuz olduğunu görən Sancay özü insan ətindən yemək hazırlamağa başlayıb.

Buna tab gətirməyən həyat yoldaşı evdən çıxaraq qapını bağlayıb və Sancay barəsində polisə şikayət edib.

"Aşpazı" həbs edən polis onun bu "ət parçasını" insanların yandırıldığı Qanq çayından tapıb gətirdiyini müəyyən edib.

Məlumata əsasən, spirtli içki aludəçisi olan Sancay psixiki problemlərdən əziyyət çəkir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR