Çindən ŞOK XƏBƏR GƏLDİ - İndi də yeni virus can almağa başladı

Çindən ŞOK XƏBƏR GƏLDİ - İndi də yeni virus can almağa başladı
16:23 24 Mart 2020
299 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya koronavirusla (COVID-19) mübarizə apararkən, bu dəfə hantavirus iddiaları sosial mediada gündəmə gəlib.

Publika.az xəbər verir ki, Çinin Yunnan əyalətində avtobusda ölən şəxsin məhz hantavirus daşıyıcısı olduğu iddia edilir.

Son günlər ərzində virus Tvitter sosial şəbəkəsində ən çox müzakirə edilən mövzulardan biri olub.

Hantavirus nədir?

RNT virusu olan hantavirus adını ilk təcrid olunduğu Cənubi Koreyadakı Hantaan çayından alır. Krım-Konqo hemorragik temperatur virusunda olduğu kimi, hantavirus da hemorragik atəş ilə özünü büruzə verir.

Hantavirus necə yayılır?

İnsana yoluxma prosesi siçanların və bəzi gəmiricilərin ifrazlarının inhalyasiyası vasitəsilə reallaşır.

Simptomları nələrdir?

Yorğunluq, qızdırma, əzələ kütləsində ağrı və qanaxma kimi simptomlar verən hantavirus hipertəzyiq, ağciyər şişi, böyrək çatışmazlığı kimi fəsadlara da yol açaraq ölümcül nəticələrə səbəb ola bilər.

Bundan əlavə, baş ağrısı, başgicəllənmə, qarın ağrısı, ishal və ürək bulanması da bu virusun əlamətləri sırasındadır.

Qeyd edək ki, hantavirus ötən il Argentinada 9 nəfərin həyatına son qoymuş, 26 nəfərin isə yoluxmasına səbəb olmuşdu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/308660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR