“Report” “Reuters”ə istinadən xəbər verir ki, Yaponiya pandemiyaya görə ölkəyə giriş qadağası tətbiqini genişəndirir. Belə ki, hökumət Cənub-Şərqi Asiya və Afrika ölkələrindən ölkəyə daxil olmaq istəyənlər üçün də qadağa tətbiq edə bilər.
Xatırladaq ki, ötən gün Yaponiyada COVID-19 virusuna yoluxanların sayı 82 nəfər artaraq 2 518 nəfərə çatıb. Yaponiyada pandemiyadan 65 nəfər ölüb.