Musa Qasımlıdan SƏRT ÇIXIŞ: Tarixi adlarımızın dəyişdirilməsi yolverilməzdir

Musa Qasımlıdan SƏRT ÇIXIŞ: Tarixi adlarımızın dəyişdirilməsi yolverilməzdir
13:18 30 Mart 2020
117 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz yerə dəyişdirilib.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib.

Görkəmli alim əlavə edib ki, parlamentarizm tarixində bəziləri Azərbaycanın tarixi adlarının dəyişdirilməsinə səs veriblər: "Onların bəziləri hazırda da burada oturub. Azərbaycanın tarixi adlarının dəyişdirilməsi yolverilməzdir. Hesab edirəm ki, biz toponimləri qorumalıyıq. Bu, bizim keçmişimiz və tariximizdir. Biz bunları dəyişməməliyik”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/309178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR