Türkiyə distant təhsilə görə dünyada ikinci ölkədir

Türkiyə distant təhsilə görə dünyada ikinci ölkədir
15:17 1 Aprel 2020
103 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə koronavirusla əlaqədar ümummilli səviyyədə distant təhsilə keçən ikinci ölkədir.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində pandemiyanın yayıldığı dövlətlərdə təhsil ocaqlarının bağlı olduğu, ancaq Türkiyədəki kimi ümummilli miqyasda distant təhsil sisteminin qurulmadığı məlum olub.
Məlumata görə, ümummilli səviyyədə distant təhsilə keçən birinci ölkə Çindir. Agentlik bir çox ölkələrdə distant təhsilin tətbiq edilməsinə baxmayaraq, bunun daha çox ümummilli deyil, yerli xarakter daşıdığını vurğulayıb.
Qeyd edilir ki, dünyanın 184 ölkəsində 1,5 milyarddan çox şagird və tələbə koronavirus pandemiyası ilə əlaqədar distant təhsilə keçmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Türkiyədə koronavirus qurbanlarının sayı 214 nəfərdir. Qeydə alınmış yoluxmaların rəsmi sayı isə 13,5 mindən çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/turkiye-distant-tehsile-gore-dunyada-ikinci-olkedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR