İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər

İranda 8 apreldən sonra bütün fəaliyyətlər bərpa edilə bilər
17:32 1 Aprel 2020
272 Dünya
Ölkə mətbuatı
A- A+

İranda 8 apreldən sonra məktəblər, universitetlər və idarələrin fəaliyyətləri bərpa oluna bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin sözlərinə görə, bunun üçün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin protokoluna ehtiyac var.

O əlavə edib ki, İranda koronavirusla mübarizə ilə əlaqədar məhdudlaşdırıcı plan nəticəsində şəhərlər arasında səfərlər 30%, benzin istehlakı təxminən 55% azalıb.

İranlı nazir məhdudlaşdırıcı planın 8 aprelədək davam edəcəyini bildirib.

Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (31 mart) 44 606 nəfərin koronavirusa yoluxduğunu, 2 898 nəfərin öldüyünü və 14 656 nəfərin sağaldığını təsdiqləyib.

Bundan əlavə, İranda benzinin 2019-cu il 15 noyabrda bahalaşmasından sonra benzin istehlakı gündəlik 95 milyon litrdən 75 milyon litrədək azalıb. Martın 28-də isə benzin istehlakının gündəlik 49,3 milyon litrə qədər azaldığı bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR