Şəhidlər bizi həqiqətlərə aparan insanlardır - Sevinc Orucova

Şəhidlər bizi həqiqətlərə aparan insanlardır - Sevinc Orucova
12:08 2 Aprel 2020
111 Digər
Ölkə mətbuatı
A- A+

“Şəhidlər bizi həqiqətlərə aparan insanlardır”.

Bunu Publika.az-a Aprel döyüşləri haqqında danışarkən şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova deyib.

Sevinc Orucova bildirib ki, dördgünlük Aprel döyüşləri bizi özümüzə qaytardı: “Özümüzü özümüzə tanıtdıq. Dəyərlərimizi bir daha gözdən keçirdik. Nələrə, kimlərə və xalq kimi hansı iradəyə sahib olduğumuzu göstərdik. O döyüşü digər Qarabağ uğrunda gedən döyüşlərdən fərqli edən qəhrəmanlarımız vardı. Aprel döyüşlərində komandirlər əsgərlərin önündə getdi. Onlarla birgə vuruşdu. Aprel savaşı bizə milli kimliyimizi xatırlatdı. Qarabağ uğrunda savaş hər zaman bizim üçün öncül olub. Problemlərimizin arasında Qarabağ hər zaman öndə gəlir. Həmin dördgünlük müharibədə qəhrəmanlarımız müasir gəncliyimizə örnək məktəb yaratdılar.

Raquf Orucov şəhid olduqdan sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini qurdum. Həmin döyüş qəhrəmanlarının ailələrini bir araya topladıq. Biz hər il onları təbliğ edirik. Məktəblərdə, universitetlərdə hər il şəhidlərimizə anım tədbiri keçiririk. Koronavirus pandemiyasının yayılması səbəbindən bütün kütləvi tədbirlər təxirə salınıb. Şəhidlər bir gün xatırlanmır. Onlar hər zaman, hər an ürəyimizdə olmalıdır. Şəhidlər bizi həqiqətlərə aparan insanlardır. Hər şey dəyişə bilər, amma şəhidlər haqqında həqiqətlər dəyişməz olaraq qalacaq”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR