Dəniz heyvanları sudakı virusları məhv edir

Dəniz heyvanları sudakı virusları məhv edir
20:22 2 Aprel 2020
207 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hollandiya Dəniz Araşdırmaları İnstitutundan Cenifer Velş adlı bir dəniz ekoloqu, virus ekologiyasına damğa vuran araşdırma ilə dəniz heyvanlarının sudakı virusları yox edə bildiklərini kəşf etdi.Amsterdam Vrije Universitetində dissertasiya hazırlayan Cenifer Velş, araşdırmasında dəniz heyvanları və viruslar arasındakı əlaqəni işıqlandırdı.

Cenifer Velş, Nature Scientific Reports jurnalında nəşr olunan yazısında dənizdə yaşayan heyvanların sudan oksigen və qidanı filtrlədikləri vaxtda virusları da ortadan qaldıra biləcəklərini söylədi. Cenifer Velş, bir virus hüceyrəyə bulaşdığında virusun yeni viruslar meydana gətirmək üçün ev hüceyrəni istifadə etdiyini ifadə etdi.

Cenifer Velş virusların bu formada yayıldığını ifadə etsə də, bu virusların eyni zamanda dənizdə yaşayan bəzi heyvanların qidaları da ola biləcəyini əlavə etdi. Cenifer Velş, dənizdəki bir çox virusun dəniz heyvanları tərəfindən qida olaraq istehlak edilə biləcəyini söylədi.

Bu günə qədər dəniz heyvanlarının virus populyasiyası üzərində bu cür təsirə sahib olduqları bilinmədiyindən Cenifer Velş və qrupunun araşdırması olduqca böyük bir əhəmiyyət daşıyır. Heyvanların təbii mühitində eyni müvəffəqiyyəti təmin edib təmin edə bilməyəcəkləri hələ bilinməsə də bu kəşf, heç olmasa su məhsullarının yetişdirilməsində istifadə edilə biləcək yeni texnikaları ortaya çıxara bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR