Bentley markasının yeni flaqmanı krossover olacaq - FOTO

Bentley markasının yeni flaqmanı krossover olacaq - FOTO
21:05 2 Aprel 2020
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bentley şirkətinin baş direktoru Ədrian Hollmark "Car Magazine" nəşrinə verdiyi müsahibədə Bentayga modelindən bir pillə yuxarıda yerləşəcək iri ölçülü krossover üzərində işlərin getdiyini təsdiqləyib. Bu günə qədər adı açıqlanmayan model, bayraqdar Mulsanne sedanın istefaya göndərilməsindən sonra, britaniya markasının yeni flaqmanı olmalıdır.

Yeni krossoverin yaradılmasından bəhs edən Ədrian Hollmark, Çin avtomobil bazarını nümunə kimi göstərərək, uzunbazalı Bentayga modelinin Bentley markasının bu bazardakı bestsellerinə çevrilə və istehsalına son verilən Mulsanne sedanını tamamilə əvəz edə biləcəyini söyləyib.

Bentley şirkətinin icraçı direktoru,marka mühəndislərinin "daha dəbdəbəli və daha böyük Bentayga" yaratmaq istədiklərini söyləyib. Lakin, Bentley markasının gələcək bayraqdarı tamamilə yeni model olmaya da bilər - istehsalçısı Bentayga modelini uzun təkər bazası, yenidən dizayn edilmiş salon və geniş fərdiləşdirmə imkanları ilə təchiz edərək, onu yeni bayraqdara çevirə bilər.

Uzunbazalı Bentayga modelinin buraxılması Volkswagen Group qrupunun Jaguar Land Rover və Daimler AG konserlərinə  cavabı olacaqdır. Xatırladaq ki, Land Rover şirkəti bu seqmentə 2014-cü ildə, 200 millimetr uzadılmış salona malik olan Range Rover Long modeli ilə ayaq açıb. Keçən il debüt etmiş Mercedes-Maybach GLS modeli isə, ultra lüks seqmentinə daxil olmağın digər üsulunu irəli sürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR