Bu ölkədə koronavirusdan ilk ölüm halı qeydə alınıb

Bu ölkədə koronavirusdan ilk ölüm halı qeydə alınıb
08:32 3 Aprel 2020
88 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Liviyanın "218" telekanalı bildirib.

Məlumata əsasən, koronavirusdan 85 yaşlı qadın dünyasını dəyişib. Onun koronavirus xəstəsi olduğu ölümündən sonra təsdiqlənib.

Qeyd edək ki, hazırda Liviyada koronavirusa 10 yoluxma halının olduğu bildirilir. İlk yoluxma halı martın 24-ü qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR