[ 25 May 2015 16:16 ]
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanunun 7.5-ci maddəsinə bir cümlə əlavə edilir.
Əlavəyə əsasən, “Pasportun verilməsinə görə dövlət rüsumu ödənilir”.
Qeyd edək ki, maddənin hazırda qüvvədə olan variantına görə, “Gün ərzində eyni vaxtda müvafiq xidmətlər göstərilə bilən sərnişinlərin sayından, binaların, tikililərin, texnoloji avadanlıqla təchizatından, həmçinin göstərilən xidmətlərin çeşidindən və səviyyəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir avtovağzala (avtostansiyaya) kateqoriyasına uyğun olaraq pasport verilir. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Pasport olmadan avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsinə, habelə avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 29-da keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.