Koronavirusu məhv edən maye ixtira edildi

Koronavirusu məhv edən maye ixtira edildi
19:52 4 Aprel 2020
225 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Skolkovo" mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı səmərəli mübarizə aparmağın yolunu tapıblar.

Söhbət "Meqnaril" adı verilən soyuq plazma ilə işlənilən sudan gedir.

Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslər sayəsində virus hüceyrələrini məhv edə bilən "aqresiv" oksigen və hidrogen formaları yaranır.

Qeyd etmək lazımdır ki, maskaların və fərqli səthlərin təmizlənməsi üçün istifadə edilməsi mümkün olan bu maye insana təhlükə yaratmır və olduqca ucuzdur.

Hal-hazırda alimlər ixtira ilə bağlı müvafiq patentin alınması ilə əlaqədar işlər görür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR