Cenniferin toyu da təxirə düşdü - FOTO

Cenniferin toyu da təxirə düşdü - FOTO
12:12 8 Aprel 2020
164 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya ulduzu Cennifer Lopezin toyu koronavirusa görə təxirə salınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənni bu barədə qonaq olduğu "Ellen DeGeneres" proqramında danışıb.

Pop ulduz nişanlısı Aleks Rodriqeslə nikah tarixinin ləğv olunduğunu qeyd edib: "Toy planları qururduq, amma təxirə salmağa məcbur olduq. Məkan, dekorasiya, gəlinlik barədə araşdırma aparırdım. Amma COVİD-19 epidemiyasına görə hər kəs özünü karantinə aldı. Gözləmək məcburiyyətindəyik. Bir neçə ay bu fikrimizdən daşınmışıq, görək nəticə necə olacaq".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR