Xalq artistinin karantin günündə ehtiraslı rəqsi izlənmə rekordu qırır -

Xalq artisti Aygün Kazımova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, müğənni rəqs edərkən görüntülərini lentə alıb.

Kazımova videosuna "Günlük karantin idmanından öncə isinmə hərəkətləri. Evdə qal, idman et" qısa şərhini yazıb.

Aygünün videosu bir neçə dəqiqəyə 20 mindən çox bəyəni toplayıb.

Müğənni “Siz də hərəkətdə qalın, əzizlərim” deyərək, izləyicilərinə səslənib.

(axsam.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR