FIBA təxirə salınan yarışların yeni tarixini açıqladı

FIBA təxirə salınan yarışların yeni tarixini açıqladı
19:47 9 Aprel 2020
174 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Basketbol Federasiyası (FIBA) koronavirus pandemiyasına görə təxirə salınan bəzi beynəlxalq turnirlərin yeni təqvimini açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, kişilər arasında Avropa çempionatı 2022-ci ilin 1 - 18 sentyabrında keçiriləcək.
Olimpiya Təsnifat Turniri gələn il 22 iyun - 4 iyulda baş tutacaq. Qadınlar arasında Avropa çempionatı isə 17 - 27 iyunda olacaq.
FIBA Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı ilə bağlı qərarını mayın 5-də qərar verəcək.
Qeyd edək ki, sözügedən turnir bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməli idi. Azərbaycan Ermənistan, İrlandiya ilə Andorra yığmaları ilə birlikdə B qrupunda yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/fiba-texire-salinan-turnirlerin-yeni-vaxtini-aciqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR