GitHub, açıq qaynaqlı kodları 1000 il qoruyacaq yeni proyekt hazırlayır

GitHub, açıq qaynaqlı kodları 1000 il qoruyacaq yeni proyekt hazırlayır
23:47 9 Aprel 2020
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

GitHub, proqramların qaynaq kodlarını saxlamaq üçün istifadə olunan web əsaslı bir proyektdir. Microsoft tərəfindən yaxın zamanlarda alınan GitHub açıq qaynaqlı kodları (Open Source) 1000 il saxlaya bilən zaman kapsulası hazırlayır. GitHub Archive Program adı verilən proyektə hal-hazırda 250 texnoloji yeniliyin kodları əlavə ediləcək.

Əsas məqsəd insanlığın bu dövrünü 250 il sonrakı nəsilə daşıya bilməkdir.

 GitHub rəsmilərinin bildirdiklərinə görə bu proyektə daxil olan kodlar müxtəlif fayl formatlarında və bir neçə kopyadan ibarət şəkildə qorunub saxlanılacaq. Şirkət açıq qaynaqlı kodların qorunması üçün Long Now, Internet Archive, Proqram Mirası, Arctic World Archieve, Microsoft Research, Bodleian kitabxanası ve Stanford kitabxanaları ilə əməkdaşlıq qurdu. 

Saxlanılan kodlar arasında Facebook, Microsoft, Linux, Netflix, Python, Wordpress kimi proyektlərə aid kodlar da mövcuddur. Həmçinin Bitcoin, Ethereum, Dogecoin, Lightning Network kimi kriptovalyutalar da olacaq. Faylların saxlanılıb qorunacağı GitHub Arctic Code Vault, Şimal Qütb bölgəsində Norveçin Svalbard adalarındakı köhnə və istifadə edilməyən kömür mədənində qorunur.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR