Bakı, 25 may, AZƏRTAC
Rusiyanın Zabaykalsk diyarında meşə yanğınlarının sahəsi sutka ərzində daha 9 min hektar artaraq 57,5 min hektara çatıb. Hazırda regionda 41 yanğın ocağı qeydə alınıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yanğıların söndürülməsinə 252 ədəd texnika və 1300 nəfər canlı qüvvə, o cümlədən 368 paraşütçü-desant cəlb olunub.
Xatırladaq ki, Zabaykalsk diyarının meşələri bu il martın 19-dan etibarən yanır. Buna əsas səbəb kimi insan faktoru göstərilir. İndiyədək meşə yanğınları faktı üzrə 83 cinayət işi açılıb, meşədə və meşəyə yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə isə 700-dən çox inzibati protokol tərtib edilib.