Türkiyə dəstək verir, generalın ordusu darmadağın edilir

Türkiyə dəstək verir, generalın ordusu darmadağın edilir
00:28 14 Aprel 2020
199 Digər
Ölkə mətbuatı
A- A+

Liviyada BMT-nin tanıdığı Milli Birlik hökumətinin ordusu general Xəlifə Haftarın nəzarətindəki qüvvələrə ağır zərbə vurub.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hərbçilər Birləşmiş Ərəb Əmirliklərindən göndərilən hərbi texnikaları və raket sistemlərini ələ keçirib.

Xatırladaq ki, ötən gün silahlılara məxsus helikopter vurulub, azı 35 silahlı öldürülüb.

Bu gün isə hərbçilər 2 şəhəri ələ keçirib. Bir neçə ay əvvəl Liviyada böyük üstünlük əldə edən generalın qüvvələri, Türkiyənin Milli Birlik hökumətinə hərbi dəstəyindən sonra mövqelərini itirib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/310673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR