"Çempionlar Liqasının kubokunu inəklərə göstərməyi arzulayıram" - Setyen

"Çempionlar Liqasının kubokunu inəklərə göstərməyi arzulayıram" - Setyen
20:18 15 Aprel 2020
246 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın baş məşqçisi Kike Setyen Çempionlar Liqası və La Liqanı qazanmaq arzusundan danışıb.

Publika.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "AS" nəşrinə açıqlamasına bununla bağlı deyib:

"Futbolçularıma deyirəm ki, mən tələsirəm, itirməyə vaxtım yoxdur. Çünki Çempionlar Liqasının və La Liqanın kubokunu qazanmaq istəyirəm. Hər iki turnirin qalibi olsaq, daha yaxşı olacaq. Əlbəttə, Çempionlar Liqasının kuboku ilə otlaqlarda inəklərin arasında gəzişmək və onlara bunu göstərməyi arzulayıram".

Qeyd edək ki, "Barselona" ÇL-in 1/8 final mərhələsində "Napoli" ilə ilk oyunda 1:1 hesabı ilə bərabərə qalıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/310898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR