"Çempionlar Liqası kubokunu inəklərimə göstərmək istəyirəm"

"Çempionlar Liqası kubokunu inəklərimə göstərmək istəyirəm"
15:12 16 Aprel 2020
216 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın baş məşqçisi Enrike Setyen Çempionlar Liqasının qalibi olmaq və İspaniya La Liqasının qızıl medallarını qazanmaq istəyindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubun çalışdırıcısı belə deyib:

"Futbolçularıma deyirəm ki, tələsirəm, uduzmağa vaxtım yoxdu. Buna görə Çempionlar Liqasında və Primyerada çempionluq sevinci yaşamaq istəyirəm. Hər iki turniri zəfərlə başa vursaq, əla olar. Əlbəttə, ÇL-in kuboku ilə öz otlağımda gəzmək və onu inəklərimə göstərmək istəyirəm".

Qeyd edək ki, "Barselona" bu mövsüm ÇL-də F qrupunda yer alıb. Kataloniya təmsilçisi qrupdakı mübarizəni lider mövqeyində başa vuraraq pley-offa yüksəlib. İlk oyun fevralın 25-də "Napoli" ilə İtaliyada keçirilib və 1:1 hesabı ilə yekunlaşıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/842537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR