Bank hesablarınız soyulmadan əvvəl silməli olduğunuz 30 tətbiq

Bank hesablarınız soyulmadan əvvəl silməli olduğunuz 30 tətbiq
21:47 16 Aprel 2020
194 Maraqlı
Ölkə mətbuatı
A- A+

Daha çox İphone istifadəçilərinin istifadə etdiyi bu 30 tətbiq sizdən xəbərsiz sizin bank hesablarınızdan yüksək abunəlik haqqı məbləğini çıxa bilər.

Sophos Laboratoriyasının tədqiqatçıları deyir ki, tətbiqlərin hər hansı biri varsa, onu silməlisiniz.

Sophos Laboratoriyasının sözçüsü dedi: "Apple şirkətinin App Store-da rəsmi proqram hesab etdiyimiz 30-dan çox tətbiq tapdıq."

"Bu tətbiqlərin çoxu, 3 və ya 7 günlük pulsuz sınama müddətindən sonra ayda 30 dollar və ya həftədə 9 dollar kimi abonelik haqqı alır. Hər hansı bir şəxs bunu ödəmək istəsə, illik 360 və ya 468 dollar məbləğ ödəməli olur.Əsas məsələ tətbiqin abunəliklə bağlı verdiyi şərtlərdir. Çox vaxt şərtlər aldadıcı və ya çaşdırıcı olur. "

Tədqiqatçılar tərəfindən tanıdılan bu tətbiqlərin çoxu, şəkil redaktorları, bürc, falçılıq, ovuc içi oxuyucular, QR kod və ya barkod skanerləridir.

Çoxunun App Store-da pulsuz olunmasına baxmayaraq, istifadəçilərdən böyük miqdarda pul aldıqları məlum oldu.

Sophos Laboratoriyasının sözçüsü izah etdi: "Bu tətbiqlərdən birini pulsuz olaraq yükləyib ilk dəfə başlatdıqdan sonra sizə "Pulsuz sınama" bildirişi göndərir"

"Bu bildiriş istifadəçidən ödəmə kartı məlumatları tələb edir. Bəzi hallarda tətbiqin faydalı xüsusiyyətləri yalnız ödəniş olduqdan sonra istifadə etmək olur"

Qeyd edək ki, tədqiqatçılar yalnız İOS üzərində araşdırma aparsalarda, bu tətbiqlərin bir çoxu Google Play Store' da da var.

Sophos Laboratoriyasının sözçüsü bunu da əlavə etdi: "İstifadəçilər oyanıq olmalı və tətbiq içi reklamlarda tanıdılan tətbiqlərə abunə olmadan əvvəl şərtləri diqqətlə oxumalıdır. Əsas məsələ də burdadır, məsələn, istifadəçi 30 dollar qiymətini görüb onu aylıq ödəyəcəyini düşünür, amma şərtləri diqqətlə oxumadığı üçün bu ödənişin aylıq yox həftəlik olduğunu gözdən qaçırır. Yəqin ki, 30 dolları, astologiya, barkod skaneri və ya 80 yaşında nəyə oxşayacağınızı göstərən tətbiqə ödəmək istəməzsiniz."

IPhone'unuzda bu gizli tətbiqlərdən biri varsa və abunəliyinizi ləğv etmək istəyirsinizsə, sıra ilə aşağıdakılara əməl edin:

1. Parametrlər tətbiqini açın
2. Adınıza toxunun, sonra Abuneliklərə toxunun
3. Abunəliyini ləğv etmək istədiyiniz tətbiqə toxunun
4. Fərqli abunə seçimini seçin və ya Abunəliyi ləğv etə toxunun. Abunəlik ləğv edildi mesajını görmürsünüzsə, onda, abunəlik artıq ləğv edilmişdir.

Bu tətbiqlər, aşağıdakılardır.

Selfie Art - Photo Editor

Palmistry Decoder

Lucky Life - Future Seer

Life Palmistry - AI Palm & Tag

Picsjoy-Cartoon Effect Editor

Aging seer - Faceapp, Horoscope

Face Aging Scan-AI Age Camera

Face Reader - Horoscope Secret

Horoscope Secret

CIAO - Live Video Chat

Astro Time & Daily Horoscope

Video Recorder / Reaction

Crazy Helium Funny Face Editor

Banuba: Face Filters & Effects

QR Code Reader - Scanner

QR Code Reader & Barcode PRO

Max Volume Booster

Face Reading - Horoscope 2020

Forecast Master 2019

mSpy Lite Phone Family Tracker

Fortunescope: Palm Reader 2019

Zodiac Master Plus - Palm Scan

WonderKey-Cartoon Avatar Maker

Avatar Creator - Cartoon Emoji

iMoji - Cartoon Avatar Emojis

Life Insight-Palm & Animal Face

Curiosity Lab-Fun Encyclopedia

Quick Art: 1-Tap Photo Editor

Astroline astrology, horoscope

Celeb Twin - Who you look like

My Replica - Celebrity Like Me

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/842386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR