Praqada tarixi Vatslav meydanı yenidən qurulur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yenidənqurma işləri rəmzi təməlqoyma mərasimindən başlayıb. Praqa meri təntənəli mərasimdə iştirak edib.
Yenidənqurmanın birinci mərhələsi meydanın aşağı hissəsində aparılacaq və 2021-ci ilin sonunadək davam edəcək. Yuxarı hissənin yenilənməsi isə 2025-ci ildə başa çatacaq.
Layihəyə görə, meydanın yuxarı hissəsində 1980-ci ildə dayandırılmış tramvay nəqliyyatı bərpa olunacaq. Əgər keçmişdə tramvaylar meydanın mərkəzi ilə hərəkət edirdisə, indi kənarları boyu işləyəcək.
Tramvay yolu avtomobillərin hərəkət etdiyi yolla uzlaşdırılacaq. Meydanın ortası isə yaşıl xiyaban şəklində olacaq.
Səkilərin genişləndirilməsi, yaşıllıqların salınması, yeni fənər və skamyaların quraşdırılması nəzərdə tutulub.
Milli.Az