ANS PRESS-in məlumatına görə, jurnalın fəaliyyətinə etiraz edən nigerlilər etirazlarını şəhərin böyük məscidinin qarşısından başlaayraq iki kilsəni yandırıblar.
Polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Etiraz çıxışları zamanı güc qüvvələri gözyaşardıcı qazdan istifadə etməli olub.
Ötən gün isə ölkənin ikinci böyük şəhəri Zinderdəki etirazlarda 4 nəfər öldürülmüşüdü.
Fransa səfirliyi Nigerdəki fransız vətəndaşlara evlərindən çıxmamaları barədə xəbərdarlıq edib.
Qeyd edək ki, son baş verənlərdən istifadə edən “Charlie Hebdo” 3 milyon tirajla nəşr olunub.


