.

Çempionlar Liqasının final oyunu gələn il Türkiyədə keçirilə bilər

Çempionlar Liqasının (ÇL) builki finalı İstanbuldan alınacaq.

Metbuat.az bildirir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) UEFA ilə danışıqlarda azarkeşsiz final görüşü qəbul etmək istəmədiyini vurğulayıb. TFF əvəzində qitə futbol qurumundan 2021-ci ilin ÇL finalının İstanbula salınmasını istəyib. Türkiyəlilər bununla gələn il azarkeşlərin də iştirakı ilə final qarşılaşması keçirmək niyyətindədirlər.

Məlumatda qeyd olunub ki, TFF ilə UEFA bu məsələdə artıq ortaq məxrəcə gəlib. Razılığa əsasən, builki boş tribunalar önündə final başqa ölkədə, gələnilki azarkeşlərlə həlledici qarşılaşma isə İstanbulda baş tutacaq. İyunun 17-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin videokonfransından sonra bunun rəsmən açıqlanması gözlənilir.

Mənbə: ntvspor.net


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->