Daha bir ölkənin naziri koronavirusa yoluxdu

Venesuelanın Kommunikasiya naziri Xorxe Rodrigez yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az bildirir ki, bu barədə nazir özü məlumat verib. Rodrigez vəziyyətinin yaxşı olduğunu deyib.

Qeyd edək ki, Venesuelada pandemiya başlayandan indiyədək 29 min nəfər COVID-19-a yoluxub, 247 nəfər ölüb.

Xorxe Rodrigez eyni zamanda Venesuela Prezidenti Nikolas Maduronun yaxın məsləhətçisidir.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR