Luis Suares "Barselona" ilə vidalaşdı

“Barselona”dan ayrılacağı gözlənilən uruqvaylı hücumçu Luis Suares komanda yoldaşları ilə vidalaşıb.

Metbuat.az xəbər verir ki, bu gün səhər saatlarında klubun bazasına yollanan 33 yaşlı hücumçu komanda üzvləri ilə vidalaşdıqdan sonra oranı tərk edib.

Yaxın saatlarda Kataloniya təmsilçisinin oyunçu ilə müqaviləyə xitam verilməsi barədə açıqlama yayması gözlənilir. Təcrübəli forvard karyerasını digər La Liqa təmsilçisi “Atletiko”da davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən Suares ötən mövsüm meydana çıxdığı 36 oyunda 21 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla 2021-ci ilin yayınadək müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR