Ermənistanın "Vətən" muzdlu dəstəsi

Ermənistandan Qarabağ bölgəsinə göndərilən muzdlulardan ibarət “Ayrenik” (“Vətən”) silahlı dəstə Azərbaycan ordusu tərəfindən darmadağın edilib.

Metbuat.az xəbər verir ki, məlumatı Ermənistanın Vətən Partiyası yayıb.

Bildirilib ki, döyüş nəticəsində onların bir çoxu yaralanıb. Ölənlərin olduğu istisna edilmir.

Qeyd edək ki, Vətən Partiyasının sədri Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək Ermənistan Milli təhlükəsizlik Xidmətinin direktoru işləyib. Onun Rusiya xüsusi xidmət orqanları əlaqədar olduğu bildirilir. Hadisələrdən əvvəl Vanesyan Ermənistanın baş naziri Nikol Paşiyanın istefasını tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR