“Uşaqlarımızı geri qaytarın!” -

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Metbuat.az xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

Etirazçılar "Bizim 18 yaşlı balalarımızı qaytarın!" tələbi ilə çıxış edir. Vəziyyət gərgin olduğundan polis nazirliyin girişlərini nəzarətə götürüb.
Xatırladaq ki, Paşinyan səhər verdiyi müsaibədə erməni tərəfindən 100-lərlə itkin düşən əsgər haqda məlumat vermişdi.

Səhiyə nazirliyi isə dünənki açıqlamasında itgin düşənlərin sayının 1000-dən çox olduğunu bildirmişdi.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR