Arsenal klubunda ciddi itki

İngiltərə liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində Manchester City-yə 1:4 hesabı ilə məğlub olan Arsenal ciddi itki ilə üzləşib.

Metbuat.az xəbər verir ki, London klubunun futbolçusu Qabriel Martinelli sıradan çıxıb. Oyunun 49-cu dəqiqəsində zədələnən 19 yaşlı futbolçu matçı davam etdirə bilməyib və əvəzlənib. Onun hansı müddətə sıradan çıxdığı məlum deyil.

Mart ayında dizindən zədələnən Martinelli zədədən yeni qayıtmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR