"Yoldaşım illər sonra xəbər tutdu ki, özümdən 6 yaş kiçik cangündənlə..." - Əməkdar artistdən efirdə ŞOK ETİRAFLAR

.

Əməkdar artist Nahidə Orucova 20 illik sevgisindən bəhs edib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Onun sirri" proqramında mərhum SSR Xalq artisti Məlik Dadaşovun cangüdəni ilə eşq yaşadığını söyləyib:

"Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işə düzəlmişdim. Həmin şəxs Məlik Dadaşovun həm cangüdəni, həm sürücüsü idi. Yaşca məndən 6 yaş kiçik idi. Bir könüldən min könülə bir-birimizə aşiq olduq. Subay, cavan oğlan idi. Mənim övladım var idi, amma ayrılmışdım. Qadın kimi onunla xoşbəxt oldum.

Ayrıldığım həyat yoldaşım illər sonra bu sevgidən xəbər tutdu. İndiyənə kimi məni bağışlamır. Həmin şəxsi 2 il əvvəl məcbur evləndirdilər. Öz toy gecəsi mənim yanıma gəlmişdi. Artıq 2 ildir təkəm. Sevgimə və dostlarıma sadiq biriyəm. Ona görə də ömrümün sonuna kimi tək qalacam"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR