Tanınmış serialın ulduzu COVİD-19-a yoluxdu

Türkiyənin ATV kanalında yayımlanan "Bir zamanlar Çukurova" serialının ulduzu Selin Yeninci koronavirusa yoluxub.

Metbuat.az-ın məlumatına görə, serialında "Saniye" obrazını canlandıran aktrisanın "COVID-19" testinin nəticələri pozitiv çıxıb.

Ev şəraitində müalicə olunan S. Yenincinin vəziyyəti ağırlaşıb. Uzun müddət virusdan sağala bilməyən 33 yaşlı aktrisa təcili olaraq xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. (Qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR