x
Loading...

Lənkəran şəhərində erkən nikah mövzusunda keçirilən videokonfrans - FOTOLAR

.

Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Əliağa Novruzov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, mərkəzin əməkdaşları Xalid Şəmili, Mirkamran Mənsimli, Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziya, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 saylı tam orta məktəbin direktorları, direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri və şagirdlər olmaqla ümumilikdə 100 nəfər iştirak edib.

Çıxışlar zamanı cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışılıb. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu barədə məlumat verən natiqlər erkən nikah mövzusunu uşaq hüquqlarının pozulması kontekstində izah ediblər. Bu istiqamətdə rayonda maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR