London derbisini “Arsenal” qazandı

İngiltərə Premyer Liqasında 30-cu turun mərkəzi oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "Emirates" stadionunda oynanılan derbi matçında iki London təmsilçisi - "Arsenal" və "Tottenhem" komandaları üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş "Arsenal" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşdən sonra xal ehtiyatını 41-ə çatdıran "Arsenal" turnir cədvəlində 10-cu, "Tottenhem" isə 45 xalla 7-ci sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR