x
Loading...

Baş nazir: 2020-ci ildə iqtisadiyyatın dəstəklənməsi məqsədilə 2.5 milyard manat ayrılıb

.

Pandemiya dövründə Azəbaycan iqtisadiyyatının dəstəklənməsi məqsədilə dövlət tərəfindən müvafiq proqramlar həyata keçirilib, sahibkarlara dəstək göstərilib.

Metbuat.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Ə.Əsədov bildirib ki, 2020-ci ildə iqtisadiyyatın dəstəklənməsi məqsədilə dövlət büdcəsi və digər mənbələrdən 2.5 milyard manat vəsait ayrılıb.

Baş nazir bildirib ki, görülən düşünülmüş tədbirlər nəticəsində Azərbaycan pandemiyadan ən az zərər çəkən ölkələr sırasında olub, ölkədə makroiqtisadi sabitlik təmin edilib. Həyata keçirilən tədbirlər, o cümlədən infilyasiyanı minimum səviyyədə saxlamağa imkan verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR